"Milan" heyətini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" "Torino"da çıxış edən Samuele Riççinin keçidi ilə bağlı razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" italiyalı dayaq yarımmüdafiəçisi üçün onun klubuna 23+2 milyon avro təzminat ödəyəcək. 23 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Torino" Samuele Riççini 2022-ci ilin yanvar ayında "Empoli"dən transfer edib. İtaliya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi