"İmişli" daha altı futbolçu ilə yollarını ayırdı

20:47 - 29 İyun 2025

Misli Premyer Liqasına vəsiqə qazanan "İmişli" 6 futbolçu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bölgə klubu Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilerme Silva, Pablo Henrike və Xəyal Tomarovla başa çatan müqavilə müddəti artırılmayıb.

"İmişli" daha öncə Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla yola davam etməmək qərarı almışdı. 

Xəbər xətti