Yoxlama oyunu çərçivəsində keçirilən “Qarabağ” - “Zirə” (4:0) matçından sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.
Sportal.az 53 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
“Maraqlı oyun alındı. Xüsusən də, birinci hissədə rəqib çox yaxşı təşkilatlanmış şəkildə görünürdü. İkinci hissə bir qədər fərqli oldu. Erkən qollar vurduq, oyun bizim üçün asanlaşdı. Bəzi səhvlərimiz oldu ki, bu da gözlənilən idi. Çünki futbolçuların hazırlıq durumu hələ qaydasında deyil. Belə məqamda onlardan yüksək dinamikli oyun tələb etmək də düzgün olmazdı. Komandanın fiziki durumu hələ tam istədiyimiz səviyyədə deyil. Qarşıdakı günlərdə daha çox diqqət ayıracağımız məqamlar oldu”.
Baş məşqçi transfer çalışmalarının davam etdiyini bildirib: “Həmişə olduğu kimi, transfer danışıqları gedir. Bu məsələnin üzərinə çox ciddi düşmüşük. Bu elə prosesdir ki, dərhal həll olunmur”.
saytlarin hazirlanmasi