Premyer Liqanın üç oyununun hakim təyinatlarında dəyişiklik edildi

13:23 - 31 Avqust 2019

Premyer Liqanın III turunda oynanılacaq görüşlərin təyinatlarında dəyişikliklər edilib.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin qərarlarına əsasən, aşağıdakı oyunların təyinatlarında dəyişiklik edilib:

 

1. “Qəbələ” – “Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcək.

 

2. “Neftçi” - “Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev olacaq.

 

3. “Səbail” – “Qarabağ” görüşünün 4-cü hakimi Rəhim Həsənov yox, Fərid Hacıyev olacaq.

Xəbər xətti