"Tottenhem" Lo Çelsonu birdəfəlik aldı

00:34 - 29 Yanvar 2020

“Tottenhem” 2019-cu ilin yayında “Real Betis”dən icarəyə götürdüyü Covani Lo Çelsonun transfer hüququna yiyələnib.

 

Sportal.az xəbər verir ki, London klubu əndəlüsiyalılara bu keçid üçün 32 milyon avro ödəyib. 23 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

 

Lo Çelso bu mövsüm "Tottenhem"də 20 oyunda 2 qol vurub.

Xəbər xətti