"Birinci yer üçün çalışacağıq" - Kipr cəbhəsindən açıqlama

Kipr Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris Millətlər Liqasının püşkünü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, o, qrupda 1-ci yeri tutmaq istədiklərini deyib:

 

"Qrupumuz yaxşıdır. 1-ci yer üçün çalışacağıq. Çünki birinci olan komanda yarışın final mərhələsində mübarizə aparacaq və daha yüksək liqaya vəsiqə qazanacaq. Sonuncu pillənin sahibi isə aşağı liqaya düşəcək. Futbolçular meydanda mübarizə aparacaqlar. Yeni bir başlanğıc var. Ən yaxşı nəticəyə nail olmaq üçün yenidən təşəbbüs göstərilib. Federasiyanın gördüyü və görəcəyi tədbirlərlə səviyyəni yüksəldəcəyik. Ən əsası, futbol oynamaqdır".

Tarix: 5 Mart [10:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Aprel 2020
6  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio