"Atalanta" və "Leyptsiq" 1/4 finalda

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, "Valensiya" ilk oyunda 1:4 hesabı ilə uduzduğu "Atalanta"nı qəbul edib. Oyun qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. İtaliya klubu iki oyunun nəticəsinə görə 1/4 finala yüksəlib.

 

Günün digər matçında isə "Tottenhem" evdə 0:1 hesabı ilə məğlub olduğu "Leyptsiq"in qonağı olub. 3:0 hesablı qələbə qazanan Almaniya klubu 1/4 finala yüksəlib.

 

10 mart

Çempionlar Liqası, 1/8 final, cavab oyunları

 

“Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya) - 3:4

Qollar: Kevin Qameyro, 21, 51, Ferran Torres, 67 - Yosip İliçiç, 3 (pen.), 43 (pen.), 71, 82

İlk oyun – 1:4

Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)

“Mestalya”.

 

“Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:0

Qollar: Marsel Zabitser, 10, 21, Emil Forsberq, 87

İlk oyun – 1:0

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)

“RB Arena”.

Tarix: 11 Mart [01:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Aprel 2020
31  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio