İspaniyada avrokubokların iştirakçıları müəyyən edildi

23:37 - 16 Aprel 2020

Koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqası başa çatdırılmasa, avrokuboklara vəsiqə qazanacaq komandalar müəyyənləşdirilib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, turnir cədvəlindəki mövqeyə əsasən, lider "Barselona", "Real", "Sevilya" və "Real Sosyedad" klubları Çempionlar Liqasına yollanacaq.

 

"Xetafe" və "Atletiko" (Madrid) isə Avropa Liqasında çıxış edəcək.

 

La Liqanın qalibi və aşağı liqaya düşəcək komandaları hansı üsulla müəyyənləşdiriləcəyi məlum deyil.

 

İspaniya La Liqası 27-ci turun oyunlarından sonra dayandırılıb. Çempionatın iyunun əvvəlində bərpa edilməsi üçün müzakirələr aparılır.

Xəbər xətti