Azərbaycanlı futbolçu: “Bir gecədə 100 min dollar uduzdum”

Kiyev “Dinamo”su və Ukrayna millisinində oynamış azərbaycanlı futbolçu Aleksander Əliyev müsahibəsində başına gələn maraqlı hadisəni danışıb.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı veteran yarımmüdafiəçi kazinoda 100 min dollar uduzduğunu deyib:

 

“Bir dəfə kazinoya getdim və bir gecədə 100 min dollar uduzdum. O zaman çempionluq üçün mükafatlar almışdım. Pulum çox idi. Onun üçün də kazinoya getməyə qərar vermişdim. Kazinoya axşam 7-də girib, günorta 12-də çıxdım. Kazinodan çıxanda artıq 100 minim əldən getmişdi. Düzdür, orada içməmişdim, amma bu, çox üzücü idi. Buna görə 4 gün yatmadım”.

Tarix: 30 Aprel [23:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio