"Qarabağ"ın maraqlandığı futbolçu "Boka Xuniors"dan ayrılır

13:50 - 15 May 2020

“Qarabağ”ın transfer etmək istədiyi Markos Dias Argentinanın “Boka Xuniors” klubundan ayrılır.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı qapıçının mövsümün sonunda başa çatacaq müqaviləsi uzadılmayacaq.

 

Təcrübəli qolkiper ilə İspaniya la lLiqa təmsilçisi “Leqanes” maraqlanır.

 

“Qarabağ” 2019-cu ilin yayında argentinalı qapıçı ilə danışıq aparsa da, son anda razılaşmamışdı.

Xəbər xətti