Fərid Nəbiyevdən 2 məhsuldar ötürmə

23:23 - 19 May 2020

Fərid Nəbiyevin çıxış etdiyi Çex Respublikasının "Viktoriya" klubu yoxlama görüşü keçirib.

 

Sportal.az xəbər verir ki, Jijkov klubu yüksək liqa təmsilçisi "Sparta" ilə qarşılaşıb. Oyun 3:3 hesablı bərabərliklə başa çatıb.

 

Fərid 2 qolun məhsuldar ötürməsini edib. II liqa təmsilçisinin digər azərbaycanlı futbolçusu Samir Qurbanov isə yüngül zədə səbəbindən oyunu buraxmalı olub.

Xəbər xətti