"Kayserispor"u Super Liqada saxlayacağıq" - Prosineçki iddialı danışdı

Türkiyə Super Liqasının 29-cu turunda səfərdə "Sivasspor"u 2:0 hesabı ilə məğlub edən "Kayserispor"un baş məşqçisi Robert Prosineçki açıqlama verib.

 

Sportal.az xəbər verir ki, xorvat mütəxəssis qələbəni şərh edib:

 

"Bu mövsüm evində məğlubiyyəti olmayan komandaya qalib gəldik. Həqiqətən də yaxşı performansa buna nail olduq. Futbolçularla birgə yaxşı iş gördük. Mən komandaya gələndə 10 xalı var idi və hamı aşağı liqaya düşəcəyimizi deyirdi. Artıq mövsümün ikinci yarısında 18 xal yığdıq və bu, əla göstəricidir. Sona qədər mübarizə aparacağıq. Qələbəni unudub, "Beşiktaş"la oyuna hazırlaşmalıyıq. Çalışmağa davam edəcəyik və "Kayserispor"u liqada saxlayacağıq".

 

"Kayserispor" 28 xalla Super Liqanın turnir cədvəlinə 16-cıdır. Komanda 15-ci yerdəki "Yeni Malatyaspor"la eyni xal yığıb, "Rizəspor"dan isə bir xal geri qalır. "Konyaspor" 27 xalla 17-ci, "Ankaragücü" 25 xalla 18-cidir.

 

Robert Prosineçki qış fasiləsində "Kayserispor"un baş məşqçisi təyin edilib. 51 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Tarix: 29 İyun [13:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Dekabr 2020
4  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio