"Beşiktaş"ın sabiq baş məşqçisi "Liverpul"da - RƏSMİ

19:22 - 2 İyul 2025

Covanni van Bronxorst köməkçi məşqçi kimi çalışacaq.

Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis "Liverpul"un baş məşqçilər korpusuna daxil edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı çalışdırıcı baş məşqçi Arne Slotun köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Covanni van Bronxorst son olaraq "Beşiktaş"ın baş məşqçisi olub. O, ötən ilin noyabr ayında istefaya göndərilib.

Xəbər xətti