"Beşiktaş" heyətini çilili futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət “Flamenqo”nun futbolçusu Erik Pulqardan gedir.
İstanbul təmsilçisi 31 yaşlı futbolçu üçün Braziliya klubu ilə danışıqlara start verib. Braziliyalılar onun transferinə görə “Beşiktaş”dan 5 milyon avro tələb edir. “Qara qartallar” isə ən pis halda Pulqarı 1 illik icarəyə götürmək istəyəcək.
Qeyd edək ki, 2022-ci il iyulun 29-dan “Flamenqo”da oynayan Erik 2027-ci il dekabrın 31-nə qədər bu klubuna məxsusdur.
O, karyerası ərzində “Deportes Antofaqasta”, “Universidad Katalika”, “Bolonya”, “Fiorentina”, “Qalatasaray” klublarında oynayıb.