66 oyun, 36 qələbə

Koronavirus pandemiyası üzündən yarımçıq başa çatdırılan Azərbaycan kuboku 2019/20 mövsümü “Qəbələ”nin turnirdə 15-ci sınağı olub.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” bu yarışda 2005/06 mövsümündə debüt edib. Bu müddətdə 66 oyun keçirən komanda 63,1 faizlik göstəriciyə malikdi. Belə ki, 36 qələbə və 17 heç-heçəsi olan “Qəbələ” yalnız 13 dəfə uduzub. 112 top vuran və 55-ni buraxan "qırmızı-qaralar" Azərbaycan kuboku tarixinin 8-ci komandasıdı. Komanda 7-ci olan “Turan”dan 3, 6-cı olan “Xəzər Lənkəran”dan 12 xal geridədir. 

Əyalət təmsilçisi həm ev, həm səfərdəki göstəricilərinə görə yarışın 28 illik tarixində 8-cidi. “Qəbələ” neytral meydandakı nəticəsinə əsasən 6-cı sırada yer alıb.

Cəmi 66 36 17 13 112-55 125
Evdə 34 21 9 4 69-21 72
Səfərdə 28 14 7 7 41-30 49
Neytral 4 1 1 2 2-4 4

Tarix: 13 İyul [12:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Avqust 2020
10  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio