İtaliya Futbol Federasiyası "Roma"ya A Seriyasının ilk turunda əsasnaməni pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət verib.
Sportal.az xəbər verir ki, buna səbəb "canavarlar"ın qvineyalı yarımmüdafiəçi Amadu Diavaranı iştirak ərizəsinə yanlış daxil etməsi səbəb olub. Klub 23 yaşlı futbolçunu yaşı 22-dək olan oyunçu kimi sifariş edib.
23 yaşlı futbolçu start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəz edilib. Qarşılaşmada isə hesab açılmamışdı. Bu qərardan sonra "Roma" mövsümə məğlubiyyətlə başlayıb.
Tarix: 23 Sentyabr [13:49]
|
|
Müəllif: Sportal.az
|