"Qarabağ"a güclü təzyiq etməliyik" - "Legiya"nın çalışdırıcısı

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Azərbaycan təmsilçisini təzyiqdə saxlamalı olduqlarını deyib:

 

"Qarabağ"la oyunda məni ən çox topu itirdikdən sonra komandanın meydandakı dinamikası maraqlandırır. Bu komanda ilə oynamağın yolu meydanın rəqibə aid hissəsində onlara qarşı güclü təzyiq etmək və hücumların qarşısını almaqdı. Əks halda, təhlükəli hücumlar təşkil edə bilərlər. Xüsusən, meydanın mərkəzini gücləndirməliyik. Bunu yaxşı ideya hesab edirəm. Legionerlər isə cinahlardan sürətli hücuma keçməlidilər. Kosovo çempionu "Drita" ilə matçla müqayisədə meydana başqa heyət buraxmaq lazımdı. Çünki bu dəfə daha çox qol epizodu yaratmalıyıq".

 

Sabah Varşavadakı "Voyska Polskieqo" keçiriləcək "Legiya" - "Qarabağ" matçı 22:00-da başlayacaq.

Tarix: 30 Sentyabr [12:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio