Azərbaycanın xalı artdı - UEFA reytinqi

10:32 - 4 Dekabr 2020

Avropa Liqasının qrup mərhələsinin V tur oyunlarından sonra UEFA ölkələrin yeni reytinq siyahısını açıqlayıb.

Sportal.az xəbər verir ki, Tel-Əviv "Makkabi"si ilə heç-heçə edərək qrupda ilk xalını qazanan Azərbaycan təmsilçisi "Qarabağ" ölkəmizin hesabını 0,250 xal artırıb.

Beləliklə, UEFA reytinqindəki xalımız 16,875-ə çatıb. Bu, 26-cı pillədə qərarlaşan Azərbaycanın mövqeyini dəyişməsi üçün yetərli olmayıb.

Xəbər xətti