"Atletiko" "Valensiya"nın yarımmüdafiəçisini transfer etdi

14:10 - 28 Yanvar 2022

İspaniyanın "Atletiko" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Valensiya"nın yarımmüdafiəçisi Daniel Vassı transfer edib. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Danimarkalı futbolçu ilə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, Daniel Vass "Valensiya"ya 2018-ci ilin yayından "Selta"dan keçmişdi. 32 yaşlı yarımmüdafiəçi cari mövsümdə "yarasalar"ın heyətində meydana çıxdığı 21 oyunda 1  qol və 1 asistlə yadda qalıb.

Xəbər xətti