"Neftçi"də 2 günlük istirahət başa çatdı

20:06 - 12 May 2022

“Neftçi” Premyer Liqanın 27-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığına başlayıb.

 

Sportal.az xəbər verir ki, Qəbələ səfərindən qayıdandan sonra iki günlük istirahətə buraxılan komandanın üzvləri bu gün məşqlərə start verib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.

 

Qeyd edək ki, “Zirə” – “Neftçi” görüşü mayın 15-i saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Xəbər xətti