Elmar Baxşıyev: "Bu kollektiv bizim xalları sayanların layiqli cavabını verdi"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edərək, Avropa Konfrans Liqasına vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev açıqlama verib:

 

"Oyunun çətin keçəcəyini bilirdik. Həm süni örtüklü meydanda oynayırdıq, həm də "Şamaxı" ev oyunlarında çox iddialı olur. Komandamı təbrik edirəm. Əlimizdən gələnin ən yaxşısını edib, layiqli qələbə qazandıq. Klub olaraq ilk gündən avrokuboklara qatılacağımıza inanırdıq. Oyunçular mövsümün əvvəlində həmin inamı bizə verirdi. Əlbəttə ki, enişlərimiz olurdu. Amma klub olaraq daha yaxşısına inanırdıq. Bu kollektiv daha yaxşısına layiqdir. Bu kollektiv bizim xalları sayanların layiqli cavabını meydanda verdi. İnanıram ki, daha yaxşı, daha iddialı olacağıq".

Tarix: 15 May [20:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio