Kriştiano Ronaldo:"Xəyalımız üçün sona qədər savaşacağıq"

17:47 - 8 Dekabr 2022

Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santosla mübahisə etdiyi iddia olunan Kriştiano Ronaldo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, instaqram hesabında paylaşım edən 37 yaşlı hücumçu komanda olaraq sıx birləşdiklərini bildirib:

 

"Portuqaliya milli komandası kənar qüvvələr tərəfindən parçalana bilməyəcək qədər birləşmiş vəziyyətdədir. Hər hansı bir düşmənin qorxuda bilməyəcəyi qədər cəsur ölkəyik. Xəyalımız üçün sona qədər savaşacağıq".

 

Qeyd edək ki, "Record" nəşri DÇ-2022-nin 1/8 final mərhələsinin İsveçrə ilə matçında (6:1) start heyətdə yer almayan Kriştiano Ronaldonun baş məşqçi Fernando Santosu millinin düşərgəsini tərk edəcəyi ilə təhdid etdiyini yazıb.

Xəbər xətti