"Anortosis"in legioneri Azərbaycana gələ bilər - Paytaxt klubu onunla maraqlanır

14:46 - 2 İyul 2025

"Anortosis"in futbolçusu Ante Roqulyiç karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, xorvatiyalı yarımmüdafiəçi Premyer Liqa klublarımıza təklif edilib. Onun meneceri hazırda üç iddialı klubumuzla danışıq aparır.

Kiprdən ayrılmaq istəyən Roqulyiçi maliyyə şərtləri razı salarsa, danışıq apardığı üç klubdan biri ilə anlaşacaq.

29 yaşlı futbolçunun “Anortosis”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Liferinq”, “Zaltsburq”, “Hayduk”, “Admira Vakker”, “Vakker İnsburk”, “Pafos”, “Trençin”, “Universitatya Krayova”, “Universitatya Kluj” klublarında oynadıqdan sonra “Anortosis”ə keçib.
 

Xəbər xətti