“Qarabağ” Andre Klovisin xidmətindən imtina edib.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu lə anlaşma əldə olunmayıb.
27 yaşlı cənubi amerikalının tələbləri Azərbaycan çempionunun gözləntilərinin üstünə çıxdığından, danışıqlar bir yerdə dayanıb, irəliləməyib. Və tərəflərin növbəti dəfə dəyirmi masa arxasına əyləşməsi ehtimalı artıq tamamilə "əriyib".
O, ötən mövsüm Portuqaliyanın ikinci liqasında çıxış edən “Akademiko Viseu”da forma geyinib. Burada 33 oyun keçirən forvard 7 dəfə fərqlənib, 5 məhsuldar ötürmə edib.
Braziliyalı karyerası ərzində Portuqaliyanın “Eştoril”, ölkəsinin “İnter” kimi klublarında da tər töküb. (Sportinfo.az)
saytlarin hazirlanmasi