"Sumqayıt"ın baş məşqçisi postuna təyin olunan Saşa İliçin mətbuat konfransı keçirilib.
Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis ona ünvanlanan sualları cavablandırıb:
- "Sumqayıt"dan sizə təklif nə vaxt gəlmişdi? Bura gələnə qədər Azərbaycan futbolu haqda hansı məlumata sahib idiniz?
- Biz "Sumqayıt"ın prezidenti ilə Belqradda görüşdük. O, görüş zamanı böyük layihə olduğunu bildirdi. Danışığımıza görə, bir illik müqavilə bağladıq. Azərbaycan futbolu haqda bəzi məlumatları burada oynayanlardan almışam. Xüsusəndə, "Qarabağ"da oynayan serb və monteneqrolu futbolçulardan. Azərbaycan futbolu haqda bəzi məlumatlarım var. "Sumqayıt"ın stadionu, bazası ilə tanış oldum. Məni qane edir. "Sumqayıt"ın prezidenti ilə danışdığımız kimi növbəti mövsüm daha yaxşı nəticələr üçün mübarizə aparacağıq.
- Dediz ki, böyük layihə var, amma 1 illik müqavilə imzaladınız. Bu, bir az düz gəlmir sanki...
- Futbolda hər şey çox tez bir zamanda dəyişir. Bir illik müqavilə başlanğıcdır. Davamı gələcək. Əsas komandanı qurmalı, oyun üslubunu əmələ gətirməliyik. Vaxtımız var. Çempionata hazırlığımız davam edəcək.
- Növbəti mövsüm komandanın əsas hədəfi nədir?
- Mən keçən mövsüm barədə məlumatlıyam. Komandanın çıxışını qeyri-qənaətbəxş saymaq olar. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaq olacaq. Amma hər şey futbolçulardan asılıdır. Hədəflərə çatmaq üçün futbolçularımız keyfiyyətli olmalıdır.
- Sizi daha çox "Qalatasaray"dan tanıyırıq və bu mənada, Azərbaycanda sizə maraq ola bilər. Bu maraq işinizə mənfi və ya müsbət təsir edə bilər?
- Futbolçu ilə məşqçi arasında böyük fərq görürəm. Əgər insanlar məni futbolçu kimi tanıyırsa, daha yaxşıdır. 5 ildir ki, məşqçiyəm. Əvvəllər futbolçu olmağımın mənə ancaq xeyri dəyə bilər.
- Komanda ilə artıq tanış olmusuz. Mövsümün başlamasına 30 gündən bir az çox qalıb. Transferlərlə bağlı daha tez hərəkət etmək lazım gələcək?
- Mən hər bir məşqçi kimi istəyərdim ki, komanda tam hazır olsun. Amma vəziyyəti siz də bilirsiz. Komandada 16-17 oyunçu var. Klub prezidenti ilə əl-ələ verib, komandanı komplektləşdirmək istəyirik.
- Futbol agenti Camal Akayev Rusiya mətbuatına açıqlamasında bildirib ki, "Sumqayıt"ın ilk təklifini qəbul etməyib, sonrakı təklifi qəbul etmisiz. Hansı məqamlara görə ilk təklif alınmamışdı...
- Doğru məlumat deyil.
- Futbol fəlsəfəniz nədən ibarətdir?
- Əslində, bu, komandadan asılı məsələdir. ÇSKA-da işləyəndə orada daha çox hücum edirdik. Burada isə, yeni komandamda hələ ki heyət komplektləşdirilməyib, 1-2 həftəmiz var. Futbolçuların keyfiyyətindən asılı olacaq.
- Əvvəlki klublarda maksimum 1 mövsüm işləmisiniz. Bunun səbəbi nədir? "Nijni Novqorod"dan ayrlılmağınıza səbəb Rusiya klublarının avrokuboklara çıxa bilməməsi ola bilər?
- Məqsədim komandanı Premyer lLqada saxlamaq idi, onu da etdim. Yəqin ki, komandadan asılıdır gedişim, məndən asılı deyil. Amma nəticə əldə edə bildim. "Atromitos"a gəldikdə, müəyyən nəticələr əldə etmişik. Komandanı qəbul edəndə 3 xalı var idi, pley-off mərhələsinə daşıdım. ÇSKA-da isə 2-ci yerdə idik, liderə yaxın idik.
- "Nijni Novqorod"da bəyəndiyiniz oyunçular var ki, onları "Sumqayıt"a gətirəsiz?
- Hələ ki bu barədə dəqiq bir şey deyə bilmərəm. Çünki kifayət qədər çox oyunçu var.
- Sizdən əvvəl "Sumqayıt"ın baş məşqçisi postuna bir çox mütəxəssisin adı çəkilirdi. Necə düşünürsüz, nəyə görə Riad Rəfiyev sizinlə işləməyə üstünlük verdi?
- Onun özündən soruşarsız (gülür).
Mirbağırağa
saytlarin hazirlanmasi