La Liqa klubu "Qarabağ"ın futbolçusunu istəyib

17:15 - 8 İyul 2025

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk İspaniyadan təklif alıb.

Sportal.az xəbər verir ki, Ukrayna mətbuatı 25 yaşlı vingeri heyətinə qatmaq istəyən klubun adını açıqlayıb.

"Xsport.ua" saytı həmin vaxt La Liqada mübarizə aparan "Valyadolid"in ukraynalı ön xətt oyunçusunu icarəyə götürmək istədiyini yazıb. "Qarabağ" Kaşuku 6 aylıq icarəyə göndərmək istəməyib. Buna görə də keçid baş tutmayıb.

Qeyd edək ki, Aleksey Kaşuk ötən mövsüm "Qareabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti