"Zirə" İordaniya klubuna qalib gəldi

20:22 - 12 İyul 2025

Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama matçını keçirib.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv İordaniyanın "Əl-Hüseyn" klubu ilə qüvvəsini sınayıb.

Bu görüşdə "Zirə" rəqibini 1:0 rəqibini məğlub edib. Yeganə qolu 45-ci dəqiqədə Brahim Konate vurub.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub – 2:1.

“Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Xəbər xətti