"Mançester Yunayted" braziliyalı qapıçı üçün 8 milyon dollar ödəməyə hazırdır

23:25 - 12 İyul 2025

"Mançester Yunayted" "Botafoqo"nun qapıçısı Con Viktora təklif göndərib.

Sportal.az xəbər verir ki, "Goal"ın məlumatına görə, İngiltərə klubu 29 yaşlı qapıçının müqaviləsində göstərilən 8 milyon dollarlıq təzminatı ödəməyə hazırdır.

Bildirilir ki, "Botafoqo" artıq yeni qapıçı axtarışına başlayıb.

Qeyd edək ki, Con Viktor cari Braziliya çempionatında 11 oyun keçirib, onların 6-da qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti