"Neftçi” növbəti əcnəbi transferini bitirib.
Sportal.az xəbər verir ki, "ağ qaralar" Freddi Varqasla bütün detallarda anlaşıb.
26 yaşlı yarımmüdafiəçi artıq Bakıdadır.
Tibbi müayinədən uğurla keçdikdən sonra futbol ictimaiyyətinə təqdim ediləcək.
Venesuela millisinin üzvü 2024-cü ildən İsrailin "Makkabi" klubunda çıxış edir.
Karyerası daha çox ölkəsi ilə bağlı olan futbolçunun İsraildən başqa qısa müddət ABŞ-da da legioner həyatı yaşadığını bildirək.
saytlarin hazirlanmasi