"Qarabağ"ın rəqibində narazılıq - futbolçular baş məşqçinin göndərilməsini tələb edir

13:18 - 8 Dekabr 2025

"Liverpul"un kapitanı Vircil van Deyk və komandanın bir neçə əsas üzvü baş məşqçi Arne Slotla münasibətlərininin qaydasında olmayan Məhəmməd Salahın tərəfini tutublar.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, futbolçular niderlandlı məşqçinin postundan göndərilməsini tələb edirlər.

Salah əvvəllər Slotu digər məsələlərlə yanaşı, hörmətsizlikdə də günahlandırıb. Arne 2024-cü ilin yayında “Liverpul”un baş məşqçisi kimi işə başlayıb.

Onun rəhbərliyi altında "qırmızılar" 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının titulunu qazanıb.

Hazırda mersisaydlılar 15 oyundan 23 xalla Premyer Liqada turnir cədvəlində 9-cu pillədə yer alırlar. 

Qeyd edək ki, "Liverpul" "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir.

"Liverpul" - "Qarabağ" matçı yanvarın 28-də baş tutacaq.

Xəbər xətti