"Barselona"nın futbolçusu Mark Bernal La Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Jirona" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb.
"Ağ-qırmızılar" 18 yaşlı dayaq yarımmüdafiəçini yanvar ayında icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. Gənc oyunçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi edib.
saytlarin hazirlanmasi
