"Real"ın müdafiəçisi zədələndi - 4 ay oynamayacaq

18:21 - 8 Dekabr 2025

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Militao sıradan çıxıb.

Braziliyalı futbolçu La Liqanın 16-cı turunun "Selta" ilə oyununda (0:2) zədələnib. Sol ayaq əzələsində zədə aşkarlanan 27 yaşlı mərkəz müdafiəçisi 4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Real" Eder Militaonu 2019-cu ilin yayında "Portu"dan 50 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti