"Qarsiya "Barselona"nın birinci qapıçısıdır" - Flik

00:28 - 9 Dekabr 2025

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Mark-Andre ter Ştegenin vəziyyəti barədə danışıb. Alman qapıçı iyundan bəri zədədən sağaldığı üçün oynamır. "Blauqrana"da əsas qapıçı rolunu hazırda Xuan Qarsiya yerinə yetirir.

Sportal.az xəbər verir ki, Ter Ştegenin qışda "Barselona"dan gedişi istisna olunmur, çünki alman qapıçı oyun praktikasının azlığı səbəbindən 2026 dünya çempionatını qaçırmaq riski ilə üzləşir.

Sabah kataloniyalılar Çempionlar Liqasının ümumi mərhələsində Frankfurt "Ayntraxt"ını qəbul edəcək. Flik Ter Ştegen və Qarsiya barədə bunları qeyd edib:

"Bəli, o, “Ayntraxt”la oyunun heyətində ola bilər. Mən bunu açıq şəkildə deyirəm: Qarsiya bizim birinci nömrəli qapıçımızdır".

Xəbər xətti