"Barselona"nın sabiq hücumçusu ölkəsində oynaya bilər

12:17 - 8 Dekabr 2025

“İnter Mayami”nin forvardı Luis Suarez Uruqvaya geri qayıdacaq.

Sportal.az “Mundo Deportivo”ya istinadən 38 yaşlı hücumçuya “Nasional”dan rəsmi təklif gəlib.

Onu istəyən digər komanda isə İspaniya La Liqasında yarışan “Elçe”dir.

Təcrübəli futbolçu iki təklif arasında seçim etməlidir. “İnter Mayami” ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq Suarezin vətəninə qayıtmağa daha isti yanaşdığı bildirilir.

Suarez cari mövsümdə “İnter Mayami”nin heyətində bütün turnirlərdə 50 oyuna çıxaraq 17 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Luis karyerası ərzində “Nasional”, “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona”, “Atletiko”(Madrid), “Qremio” klublarında oynayıb.

Xəbər xətti