"Qarabağ" - "Ayaks" matçını idarə edəcək hakimin adı açıqlandı

12:49 - 8 Dekabr 2025

UEFA Çempionlar Liqasının 6-cı turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) görüşünü idarə edəcək hakim açıqlanıb.

Sportal.az xəbər verir ki, Bakıda baş tutacaq görüşə Sloveniyadan olan hakimlər briqadası cəlb təyin olunub.

Oyunu FIFA referisi Rade Obrenoviç idarə edəcək və ona Yure Praprotnik, Grega Kordez köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Mateo Tozan yerinə yetirəcək.

VAR-da Matej Jug, AVAR-da Alen Boroşak olacaq.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov stadionunda keçiriləcək görüşə saat 21:45-də start veriləcək.

Xəbər xətti