Harri Keyn “Bavariya” üçün 100 qol vurub.
Sportal.az xəbər verir ki, hücumçu "Bavariya”nın Bundesliqa matçında “Verder”ə qarşı (3:0; ikinci hissə) dubl edərək bu göstəriciyə çatıb.
Keyn 100 qolu 104 oyunda vurub. XXI əsrdə TOP-5 liqalarda bunu ən sürətlə edən oyunçudur: Kriştiano Ronaldo və Erlinq Haaland isə bu göstərici üçün 105 oyuna ehtiyac duymuşdular.
saytlarin hazirlanmasi