"Şəfa" 4 qolla qalib gəldi - VİDEO

21:14 - 2 Oktyabr 2025

Futbol üzrə Azərbaycan I Liqasında IV turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Şəfa" Binə qəsəbə  stadionunda MOİK-i qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

4 turdan sonra 12 xal toplayan "Şəfa" çempionatın lideridir. 1 xalı olan MOİK isə 9-cu yerdədir.

"Şəfa" - MOİK 4:1
Qollar: N.Əliyev, 7, A.Nəsibov, 50, A.Ebrahimzade, 63, T.Quliyev, 84 - S.Fərəcov, 23
Qırmızı vərəqə: H.Əliyev, 38 (MOİK)

Xəbər xətti