Özbəkistan millisini dünya çempionatında bu baş məşqçi çalışdıracaq

21:46 - 2 Oktyabr 2025

DÇ-2026-ya vəsiqə qazanan Özbəkistan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, özbəklər Fabio Kannavaro ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Yığmanı mundialda italiyalı mütəxəssis çalışdıracaq. Artıq tərəflər arasında razılıq əldə olunub. Rəsmi açıqlama növbəti həftənin bazar ertəsi günü ediləcək.

Qeyd edək ki, Fabio Kannavaronun son iş yeri Zaqreb "Dinamo"su olub.

Xəbər xətti