"Zirə" - "Neftçi" matçında 4 qol - GENİŞ İCMAL

22:13 - 3 Oktyabr 2025

Bu gün Misli Premyer Liqasında 7-ci tura start verilib.

Sportal.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Neftçi"ni qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. 

Qeyd edək ki, "Neftçi" 8 xalla 8-ci, "Zirə" isə 13 xalla 2-ci pillədə qərarlaşıb.

"Zirə" - "Neftçi" 2:2
Qollar: 
Georgi Papunaşvili, 28, Ruan Renato, 90+8 (pen) - Freddi Varqas, 66,Bassala Sambu, 87
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu

Xəbər xətti