Savio Moreyra “Mançester Siti” ilə müqaviləsini uzadıb.
Sportal.az xəbər verir ki, yeni anlaşma 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Braziliyalı futbolçu 2024-cü ildə İngiltərəyə köçüb və bu müddətdə “şəhərlilər”in heyətində 48 oyun keçirib, 13 qol ötürməsi edib və 3 dəfə fərqlənib. Cari mövsümdə onun aktivində 6 oyun və 1 qol var.
saytlarin hazirlanmasi