"Məşqlərdə hər şey yaxşı görünürdü, belə nəticəni gözləmək çətin idi" - Slaven Biliç

23:45 - 3 Oktyabr 2026

Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç Millətlər Liqasının 3-cü turunda İngiltərəyə 0:7 hesablı məğlubiyyət barədə danışıb.

Sportal.az xəbər verir ki, bu, Xorvatiya millisinin tarixində ən böyük hesablı məğlubiyyətdir.

“Belə bir axşamdan, belə ağır məğlubiyyətdən sonra nəsə demək çətindir. Azarkeşlərə, tribunalarda olan uşaqlara, bütün xorvatiyalı azarkeşlərə görə təəssüflənirəm. Amma inanın ki, bu, ən çox bizim üçün ağır oldu. Belə bir şeyin baş verəcəyini heç gözləmirdik. Məşqlərdə hər şey yaxşı görünürdü, belə nəticəni gözləmək çətin idi. Biz heç bir komponentdə, nə aqressivlikdə, nə texnikada, nə də fiziki hazırlıqda onlarla ayaqlaşa bildik. Daha sonra özünəinam, diqqət və iradə azaldı, hər şey istədiyimiz kimi getmədi.

Millətlər Liqasına bəzi suallara cavab tapmaq üçün bir sınaq kimi yanaşırdıq. Bir neçə cavab aldıq və onlar çox ağrılı oldu. Futbolçulara dedim ki, Sevilyada İspaniyaya qarşı keçirdiyimiz oyun kimi matçlar var ki, onları unutmaq lazımdır.

Özümə və digərlərinə dedim: İngiltərənin Estoniyanı 7:0 hesabı ilə məğlub edəcəyinə inanmıram. Xorvatiya üçün belə nəticə qəbuledilməzdir. Bu vəziyyətdən yalnız mən və futbolçular İspaniya ilə matçda yaxşı oyun nümayiş etdirərək çıxa bilərik. Hazırda futbolda bundan daha çətin oyun ola bilməz. Buna görə də xarakter və birlik nümayiş etdirməyin əsl vaxtıdır. İspaniyaya qalib gələcəyimizi demək ağılsızlıq olardı, amma cəsarətli və enerjili olmalıyıq”, – deyə Biliç bildirib.

Xəbər xətti