“Neftçi” azarkeşləri üçün sürpriz hazırlayıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
“İstanbuldan gələn yox, İstanbula gedən olacaq!
“Aerowingo”dan azarkeşlərimizə İstanbul bileti!
9 oktyabrda “Sabah”la ev oyunumuza onlayn bilet alıb biletini stadionun girişində skan edərək, matçda iştirak edən azarkeşlərdən biri İstanbula aviabilet qazanacaq.
Bu, yeni kampaniyanın başlanğıcıdır.
İlin sonunadək isə hər 3-cü ev oyununda bir azarkeşimiz aviabilet qazanmaq şansı əldə edəcək.
Növbəti aviabilet üçün iştirakçı:
ardıcıl 3 ev oyununa onlayn bilet almalıdır;
biletlərini stadionun girişində skan edərək, hər 3 matçda iştirak etməlidir.
Qalib 3-cü oyunun ilk hissəsinin gedişində bütün şərtləri yerinə yetirən iştirakçılar arasından təsadüfi şəkildə seçiləcək.
Şəffaflığın təmin olunması üçün qalibin seçilmə prosesinin videosu sosial şəbəkələrimizin hekayə bölməsində paylaşılacaq.
Qalib olan şəxsə hədiyyə oyunun fasiləsində, bütün azarkeşlərin gözü qarşısında meydanda təqdim ediləcək.
Müsabiqədə yalnız onlayn bilet alan azarkeşlər iştirak edə bilər.
Onlayn biletləri:
• bilet.neftchi.az saytından
• “Neftçi PFK” mobil tətbiqindən əldə edə bilərsiniz.
Tribunadakı yerin bu dəfə səni İstanbula apara bilər”, - deyə açıqlamada bildirilib.

