Lixtenşteynlə matçda bu futbolçular oynamayacaq - millimizin 7 futbolçusu siyahıya düşmədi

12:17 - 1 Oktyabr 2026

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D2 qrupunda Lixtenşteynlə Bakıda keçiriləcək oyun üçün heyətini açıqlayıb.

Sportal.az xəbər verir ki, 23 oyunçudan yeddisi heyətdən kənarda qalıb. Onlar Bədavi Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Mustafa Əhmədzadə, Fərid Yusifli, Ceyhun Nuriyev və Renat Dadaşovdur.

Renat Dadaşov zədə səbəbindən oyunu buraxacaq.

Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn matçı bu gün Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə 20:00-da start veriləcək.
 

Xəbər xətti