"Real" və "Barselona" 17 yaşlı futbolçunu istəyir

19:48 - 29 Sentyabr 2026

“Real” (Madrid), "Barselona" və PSJ “Filadelfiya Yunion”un 17 yaşlı yarımmüdafiəçisi Kavan Sallivanı istəyir.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki,  məlumat yayıb. amerikalı futbolçunun 18 yaşı tamam olduqdan sonra İngiltərə Premyer Liqasına keçmək üçün "Mançester Siti" ilə razılığı var.

Lakin, iddia edilən maliyyə pozuntularına görə "Siti" klubuna qarşı potensial sanksiyalar MLS ulduzunun gələcəyini tamamilə dəyişə bilər. Sallivanın MLS klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 10 milyon avrodur. Sallivan bu il ABŞ milli komandasında da debüt edib.

Xəbər xətti