Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bildirib ki, ona ünvanlanan tənqidlər planlarına təsir etmir.
Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, tərcübəli mütəxəssis Avstraliya ilə yoldaşlıq oyununda 1:1 hesablı heç-heçədən sonra istefa çağırışlarına cavab vermək istəməyib:
“Tənqidlər həmişə olub və həmişə də olacaq. Bu, bu komandadakı gələcəyimlə bağlı nəyəsə təsir etmir. Ümumiyyətlə, tənqidlər mənə heç bir təsir göstərmir. Gözləntilərin yüksək olmadığı bir il xatırlamıram. Braziliya məşqçisi olaraq Dünya Kubokunu qazanmalısınız”.
saytlarin hazirlanmasi
