"Azərbaycan milli komandası ilə bərabər səviyyədə oyun keçirdik, ilk qolu vuran qalib gələcəkdi"

13:17 - 28 Sentyabr 2026

Tacikistan milli komandasının yarımmüdafiəçisi Parvizcon Umarbayev Sportal.az saytına açıqlama verib.

O, Azərbaycan yığmasına qarşı keçirilmiş görüş haqda danışıb.

Taciklərin futbolçusu Bakıda keçirilmiş matçda yığmamızdan zəif təsir bağışlamadıqlarını deyib:

"Təbii ki, yaxşı oyun alındı. Oyunun çətin keçəcəyini də yaxşı başa düşürdük. Amma onu deyim ki, biz rəqib heç nədə uduzmadıq, heç nədə geri qalmadıq. Azərbaycanla bərabər səviyyədə oyun keçirdik. Əlbəttə ki, maraqlı və yaxşı, rəqabətli görüş idi. Amma düzünü deyim, mən başa düşürdüm ki, bu matçda hansı komanda birinci qolu vurarsa, o komanda da qalib gələcək. Elə alındı ki, Azərbaycan qol vurdu və qazandı. Ümumilikdə maraqlı görüş alındı. Sizin milli komandanıza uğurlar arzulayıram. Biz də yolumuza, növbəti matçlara hazırlaşmağa davam edirik".

Xəbər xətti