Messi cərimə zərbəsindən 76-cı qolunu vurdu - rekorda 2 qol qaldı

17:35 - 28 Sentyabr 2026

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də "Kolambus Kryu"ya qarşı keçirilən matçda (1:2) cərimə zərbəsindən qol vurub.

Sportal.az xəbər verir ki, bu, argentinalı futbolçunun karyerasında birbaşa cərimə zərbəsindən vurduğu 76-cı qol olub. Beləliklə, Messi standartvəziyyətlərdən 78 qola imza atmış braziliyalı Marselinyo Kariokanın nailiyyətinə daha bir addım da yaxınlaşıb.

​Hazırda 39 yaşlı Messinin Kariokanın rekordunu təkrarlamaq üçün daha cərimə zərbəsindən iki qol vurması lazımdır.

"​Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerası ərzində cərimə zərbələrindən 65 qol vurub.

Xəbər xətti