"Milan" və "İnter" eyni forvardla maraqlanır

12:47 - 28 Sentyabr 2026

“Milan” və “İnter” eyni futbolçunu istəyir.

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, hər iki klub “Kaylyari”nin 19 yaşlı hücumçusu Pol Mendi üçün hərəkətə keçib.

Mübarizədə “İnter”in daha üstün olduğu bildirilir. Buna səbəb isə futbolçunun özünün “nerazzura” formasını geyinmək istəməsidir.

Mendinin “Kalyari” ilə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti