"Barselona" de Yonqla bağlı qərar verdi

16:32 - 28 Sentyabr 2026

​"Barselona" əsas heyətdəki yerini itirən Frenki de Yonqla bağlı qərar qəbul edib.

​Sportal.az xəbər verir ki, La Liqa nəhəngi niderlandlı yarımmüdafiəçi ilə yollarını ayırmağı planlaşdırır. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Klub de Yonqu qarşıdakı qış transfer pəncərəsində - yanvar ayında satışa çıxarmağa hazırdır. "Barselona" rəhbərliyi 29 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.

​Qeyd olunur ki, komandanın baş məşqçisi Hans-Diter Flik də yarımmüdafiəçi ilə yolların ayrılmasına müsbət yanaşır.

Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan 86 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə zədə səbəbindən Kataloniya təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Xəbər xətti