"Nyukasl"ın yarımmüdafiəçisi Jo Uillok karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Beşiktaş" mövsümün əvvəlində transfer etməyə çalışdığı ingiltərəli oyunçu üçün yenidən hərəkətə keçəcək. İstanbul nəhənginin prezidenti Serdal Adalı bu məlumatı təsdiqləyib.
"Qara qartallar" klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Uillok üçün yanvarda danışıqlara başlayacaq. 27 yaşlı futbolçu özü də "Beşiktaş"a keçməyə isti yanaşır
Qeyd edək ki, "Nyukasl" Co Uilloku 2021-ci ilin fevralında "Arsenal"dan transfer edib. İngiltərə U-21 millisinin sabiq üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi
